Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 09:48
Çin "Çanjen-5" raketdaşıyıcısını Çinin cənubunda yerləşən Haynan əyalətindəki Vençan kosmodromundan orbitə buraxıb. Bu haqda “Sinxua” xəbər agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "Çançjen-5" Çinin yeni nəsil ən güclü raketdaşıyıcısıdır. Onun hündürlüyü 56,97 metr, əsas pillənin diametri 5 metr təşkil edir. O, aşağı yerətrafı orbitə 24 ton, geostasionar keçid orbitinə isə 14 tonadək yük qaldırmaq qabiliyyətinə malikdir. "Çançjen-5" üçün yanacaq qismində maye oksigen və maye hidrogendən istifadə olunur.
Emil Hüseynov