Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sükan arxasında siqaret çəkən 36 sürücü cəzalandırılıb

Sükan arxasında siqaret çəkən 36 sürücü cəzalandırılıb

Tarix: 29 Dekabr 2019 12:56

Bakı. Samir Əli - Trend:

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, layihənin icra edildiyi 4-cü rübün sonunda avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Sükan arxasında siqaret çəkən sürücü cəzalandırılıb


RƏYLƏR