Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 13:33
Bakı. Trend:
Bu il Azərbaycanda müəllimlərin maaşı 20 faiz artırılıb.
Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.
Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, təxminən, 5 min nəfər təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!