Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 160 saylı marşruta 12 metrlik avtobuslar verildi - FOTO

Bakıda 160 saylı marşruta 12 metrlik avtobuslar verildi - FOTO

Tarix: 29 Dekabr 2019 16:28

Dekabrın 30-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı "Çinar Trans" MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb. Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.


Etiketlər:  Bakıda saylı marşruta metrlik avtobuslar verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ