Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda 10 metrlik yolka kül oldu (VİDEO)

Ağdaşda 10 metrlik yolka kül oldu (VİDEO)

Tarix: 30 Dekabr 2019 10:54

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ağdaşda Yeni il bayramı üçün quraşdırılan süni şam ağacı yanıb.

Trend-in məlumatına görə, hadisə ötən axşam saat 19 radələrində rayon mərkəzində qeydə alınıb. Yeni il üçün quraşdırılan 10 metrlik şam ağacı yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və digər ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən təstiqlənib və yanğının səbəbləri araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Ağdaşda metrlik yolka kül oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ