Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 17:12
Bakı. Trend:
2019-cu ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 138 milyon dollar əməliyyat məsrəfləri və 279 milyon dollar əsaslı məsrəflər xərclənib.
“BP Exploration (Caspian Sea) Limited” şirkətindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barelə qədər neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin