Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 01:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları üçün 2020/2021-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramları bakalavriat, magistratura, doktorantura üzrə memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq ixtisasları üzrə elan edilib.
Proqramda iştirak üçün son sənəd qəbulu tarixi 07.02.2020-ci ildir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları tələb olunan sənədləri Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!