Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Pole çudes”də Azərbaycan muğamı, şah plov və “Sarı gəlin”... - FOTO

“Pole çudes”də Azərbaycan muğamı, şah plov və “Sarı gəlin”... - FOTO

Tarix: 31 Dekabr 2019 09:54

Tanınmış azərbaycanlı radio və televiziya aparıcısı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri Rusiyanın "Birinci kanal"ında yayımlanan "Pole çudes" verilişinin Yeni il buraxılışında qonaq olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyunçuların ilk üçlüyündə yer alan Rahib Azəri proqramın aparıcısı Leonid Yakuboviç tərəfindən verilən suala düzgün cavab verərək finala vəsiqə qazanıb. Finalı da qazanan aparıcı super oyuna razılaşıb və bu dəfə də qalib gəlib.  

Bununla belə, R. Azəri avtomobilə sahib ola bilməyib. Belə ki, super oyununun şərtlərinə əsasən, o, tapılması gərəkən üç sözdən yalnız birini tapa bilib. Onun super hədiyyəsi kompüter olub.


Etiketlər:  Pole çudesdə Azərbaycan muğamı şah plov Sarı gəlin FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ