Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 20:33
Bakı. Trend:
Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Dənizkənarı Milli parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur. Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur.
Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işiqforların vaxt planlanmasında dəyişiklik edilib.
Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!