Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 15:32
"Kayserispor"un yeni baş məşqçisi Roberto Prosineçki heyətin gücləndirilməsini rəhbərlikdən tələb edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis ən azı 6 futbolçunun transfer edilməsini istəyib. 50 yaşlı çalışdırıcı Bernard Mensah, Adem Kravets və Pedro Enrikenin satılmasına icazə verməyib. O, bu futbolçulara ehtiyac duyduğunu bildirib.
Pedro Enrikenin sabiq klubu "Qarabağ"a dönəcəyi barədə iddialar var idi. "Kayserispor"da maaş problemi ilə üzləşən futbolçu ötən ilin sonlarında Bakıya gəlmiş və "Qarabağ"ın matçını stadiondan izləmişdi. 29 yaşlı oyunçunun "Qarabağ"la danışıq apardığı barədə məlumatlar da dolaşırdı.
PAOK Pedronu 2017/18 mövsümündə "Qarabağ"a icarəyə vermişdi.