Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:20
""Huawei" şirkəti tərəfindən qoşulmuş cihazların və mobil xidmətlərin məşhur növlərini birləşdirən hərtərəfli ekosistemin yaradılması yönündə səy göstəriləcək. Süni intellektin və 5G texnologiyasının fəal inkişafı nəticəsində növbəti onillik "ümumi internet" dövrü olacaqdır. Belə ki, simsiz şəbəkələrə qoşulmuş bütün cihazlar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq, istifadəçilərə tamamilə unikal, əvvəllər əlçatmaz hesab olunan yeni imkanlar təklif edəcəklər. Süni intellektin inkişafı texnologiyalar və insanlar arasında qarşılıqlı əlaqəni sadələşdirəcək, səs və vizual idarəetmə hesabına onu təbii hala gətirəcəkdir".
Sonxeber.net xəbər verir ki, bu haqda Huawei şirkətindən məlumat yayılıb.
Məlumata görə, qoşulmuş hər bir cihaz smartfon vasitəsilə təklif edilən imkanlardan daha üstün olan nadir xüsusiyyətlərə malikdir: "Məsələn, "Huawei Vision" kimi ağıllı displeylər ekranının ölçüsü və sistemin akustik gücü ilə fərqlənir. "Huawei FreeBuds - 3" qulaqcıqları yüksək keyfiyyətli səslənmə və səs-küyün effektiv azaldılmasını təklif edir: "Huawei GT - 2" ağıllı saatını həmişə rahatlıqla daşımaq mümkündür. Avtomobil multimedia cihazları isə danışığı məsafədən yaxşı qəbul edir və daha güclü geolokasiya modullarına malikdir. Gələcəkdə sadalanan cihazlar bir-birləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərəcək: məsələn, məşq zamanı smartfonu özünüzlə daşımaq xoşunuza gəlmirsə, onu rahatlıqla soyunma otağında qoya bilərsiniz. Bu zaman qulaqcıqlar sizi sevimli musiqinizdən ayırmamaq üçün avtomatik surətdə ağıllı saata qoşacaq".
Şirkətdən yayılan məlumatda qeyd olunub ki, qoşulmuş bütün növ cihazları birləşdirən Huawei intellektual ekosisteminin əsasında "Huawei HiLink" aparat platforması, ən yeni Kirin çiplərinin hesablama imkanları, "Huawei HiAI" intellektual interfeyslərinin zəngin dəsti və "Mobil Huawei" xidmətləri durur: ""Huawei HiAI" ağıllı cihazları üçün hesablama platforması - ekosistemin bütün dünyada kənar tərəfdaş geliştiricilər üçün "HUAWEI" çiplərinin, cihazlarının və bulud xidmətlərinin imkanlarını açan əsas elementidir. Beləliklə, tətbiq geliştiriciləri cihazlarda mürəkkəb intellektual tapşırıqları idarə edərkən, enerji istehlakını effektiv şəkildə azaltmaq üçün "HUAWEI" çiplərinin bacarıqlı imkanlarına qoşulmağa səy göstərməlidirlər. Bulud xidmətlərinin imkanlarına çıxış isə öz növbəsində, yalnız hesablar, ödənişlər və mesaj çatdırma xidmətləri olaraq, "HUAWEI Mobile Services" platformasının əsas komponentlərini əhatə etmir, həmçinin pərakəndə kənar xidmətləri "HUAWEI Ability Gallery"nin strukturunda birləşdirir".
Sözügedən şirkətin nümyəndələri vurğulayıblar ki, "HiAI" paketinə hazırda bir neçə əsas alət daxildir: "Mətnin tanınması, şəkillərin tanınması, üztanıma və kodun müəyyənləşdirilməsi. "HiAI" ekosisteminə, artıq 3500-dən artıq tərəfdaş və 40000-dən yuxarı tətbiq geliştiricisi qoşulub. Smartfon və PK (Multi-screen Collaboration) arasında çoxekranlı qarşılıqlı əlaqə yeni funksiya hesab olunur. Bu, cihazlar arasında faylların ötürülməsini dəfələrlə sadələşdirəcək, smartfonun funksionallığını hesablama imkanları və böyük notbuk ekranı ilə birləşdirərək, daha səmərəli işləməyə imkan verəcəkdir. "Huawei" ekosisteminin qurulma strategiyası "1+8+N" adını almışdır. Sistemə daxil olan cihazları üç səviyyəyə bölmək mümkündür; bunlardan mərkəzi səviyyəni digər qacetlərə və xidmətlərə qoşulmaq üçün portal funksiyasını yerinə yetirən smartfonlar tutur. Müxtəlif istifadə proqramları vasitəsilə yardımçı funksiyaları yerinə yetirən 8 növ mükəmməl cihaz orta səviyyəni təşkil edir. Bu, ağıllı saatlar, qulaqcıqlar, PK, planşetlər, səsgücləndiricilər, ağıllı eynəklər, avtomobil multimedia mərkəzləri və supertəkmil displeylərdir. Xarici səviyyəyə kənar tərəfdaşlar arasında ağıllı ev və ofis üçün həllər; qacetlər və səyahət; fitnes məşğələləri; sağlamlığın vəziyyətinin izlənilməsi üçün tətbiqlər; audio və videocihazların olduğu saysız həllər daxildir. Ümumi proqram aparat platformasına - ekosistemə daxil olan bütün cihazlara bir-birinin imkanlarına çıxış əldə etməyə, həmçinin informasiya və məzmunu maneəsiz bölüşməyə imkan yaradır.