Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqlim dəyişikliyi ölüm hallarının artmasına səbəb ola bilər

İqlim dəyişikliyi ölüm hallarının artmasına səbəb ola bilər

Tarix: 3 Yanvar 2020 18:02

Kolumbiya Universitetinin alimləri eyni vaxtda bir neçə ərazidə baş verən anomal istiliyin səbəbini aşkar ediblər. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onlar bu hadisəni yüksək atmosfer təbəqələrində baş verən proseslərlə əlaqələndiriblər.

Yer üzərində mütəmadi olaraq, təbii hava dövranını pozan yüksək hündürlüklü küləklərin nəhəng əyilmələri - Rossby dalğalarının göründüyü məlumdur. Yeni bir araşdırma göstərib ki, reaktiv axında müəyyən bir uzunluq dalğası meydana gəldikdə, səthdə istilik dalğasının ehtimalı 20 dəfə artır. Araşdırma müəllifləri 1979-2018-ci illərin iqlim məlumatlarını təhlil edərkən iki tip Rossby dalğaları - dalğa-5 və dalğa-7 müəyyən edib. Onlar Şimali Amerikanın, Avropa və Asiyanın bölgələrinə isti subtropik hava göndərdilər. Nəticədə bir neçə həftə davam edə bilən temperatur atışları meydana gəlib. Bu, hadisə kənd təsərrüfatı осень зимаsahələrində baş vermiş olsaydı, məhsulun bir hissəsi tələf olardı. Mənfi dalğalar iş dövründə beş dəfə 1983, 2003, 2006, 2012 və 2018-ci illərdə meydana gəlib. Elm adamları Rossby dalğalarının tezliyi dəyişməsə də, iqlim istiləşdikcə, onların daha da isti olacağını vurğulayıb. Bu, ərzaq təhlükəsizliyini təhdid edir, həmçinin xroniki xəstəliklərin ağırlaşmasına səbəb olur və istilərdən ölüm hallarını artırır.


Etiketlər:  İqlim dəyişikliyi ölüm hallarının artmasına səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ