Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 20:08
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandanın zədəli futbolçusu Tomas Lemarın oyununu dəyərləndirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis 24 yaşlı yarımmüdafiəçinin fərqli fərdi üstünlüklərinin olduğunu söyləyib: "Faktlar özü danışır. Düzdür, qadir olduqlarını edə bilmədi. Komandada başqa heç kəsdə olmayan keyfiyyətıərə malikdir. Ümid edirəm ki, zədəsini sağaldandan sonra daha yaxşı oynayacaq. Onun üstünlükləri həmişə məni heyran edib. Lakin etimadı doğrultmadı".
Qeyd edək ki, Madrid təmsilçisindən ayrılacağı deyilən T.Lemarla "Tottenhem" də maraqlanır.