Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın quru və yarımquru zonalarının iqlim sərhədləri müəyyən edilib

Azərbaycanın quru və yarımquru zonalarının iqlim sərhədləri müəyyən edilib

Tarix: 4 Yanvar 2020 12:12

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu apardığı elmi tədqiqatlar nəticəsində ölkə ərazisinin arid (quru) və semiarid (yarımquru) zonalarının iqlim sərhədlərini müəyyən edib və onun əsasında xəritə tərtib edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, tədiqat zamanı respublika ərazisində yerləşən 32 meteoroloji stansiyanın çoxillik məlumatları (1991-2014-cü illər) təhlil edilib.

Tədqiqat zamanı bütün Kür-Araz ovalığının və Abşeron yarımadasının quru zonaya aid olduğu müəyyən edilib.

Quru zonanın yuxarı sərhədi Böyük Qafgazda yamacdan asılı olaraq dəniz səviyyəsindən 200-850 m yüksəkdən, Kiçik Qafqazda 300-550 m-dən, Naxçıvan MR-da 1250 m-dən keçir. Talış dağlarında quru zona dəniz səviyyəsindən 1400 m-dən yuxarıda olan ərazilərdə yerləşir.


Etiketlər:  Azərbaycanın quru yarımquru zonalarının iqlim sərhədləri müəyyən edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ