Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla Cybertruck reperin klipində - VİDEO

Tesla Cybertruck reperin klipində - VİDEO

Tarix: 4 Yanvar 2020 22:16

"Tesla Cybertruck" ən yaxşı halda bir ildən sonra satışa çıxarılacaq. Amma bu, onun publikanı əlində saxlamağına mane olmur. Avtomobil artıq bir dəfə ABŞ-ın ümumi nəqliyyat üçün nəzərdə tutulmuş yollarında görünüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu dəfə avtomobili klipdə görə biləcəyik.

Bu, amerikalı reper Trevis Skotun klipidir. Əlbəttə! Axı qızlarsız və avtomobillərsiz nə reper klipi? Görünür, klip avtomobillərin auksionu mərkəzində çəkilib. Klipdəki köhnə, lakin tənzimlənmiş "BMW 3" seriyalı avtomobil "Tesla" qədər olmasa da cəlbedici görünür.

Reperin bu çəkilişə necə nail olduğu məlum deyil. Deyilənlərə görə reperin prodüsseri İlon Maskla tanışdır. Ola bilər ki, bu "Cybertruck"ın rol alacağı sonuncu klip deyil. Çünki, avtomobil futuristik görünüşü ilə diqqətləri üzərinə toplamağı bacarır.


Etiketlər:  Tesla Cybertruck reperin klipində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ