Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran ilk hədəfini göstərdi

İran ilk hədəfini göstərdi

Tarix: 5 Yanvar 2020 13:48

İranın dini lideri Əli Xamneyinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Ali Şurası general Qasım Süleymaninin öldürülməsindən sonra bir araya gəlib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, toplantıdan sonra şura üzvləri yazılı bəyanatla çıxış ediblər. Bəyanatda Süleymaninin ölümündə günahı olanlardan "çox böyük intiqam alınacağı" bildirilib. İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") generalı Qulaməli Əbuhəmzə Süleymaninin öldürülməsinə qarşılıq olaraq İranın əli çatan hər yerdə amerikalıları cəzalandıracağını bildirib.

"Hörmüz boğazı Qərb üçün həyati əhəmiyyətli nöqtədir və Amerikanın çox sayda hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri də uzun zamandır İran tərəfindən öyrənilib. 35 ABŞ hədəfi, o cümlədən Tel-Əviv əlimiz çatacaq məsafədədir", - Əbuhəmzə bildirib.


Etiketlər:  İran hədəfini göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ