Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 17:44
"Atiye" serialındakı performansı ilə diqqət çəkən aktrisa Melisa Şenolsun "Elle" dərgisi üçün obyektivlər qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onun fotoları sosial mediada müzakirə obyekti olub.
Müsahibə zamanı "Eşqi necə xarakterizə edərsiniz" sualına Melisa "Əslində, xarakterizə edəcək qədər həyatımda çox sevgi olmayıb. Hələki tam olaraq çözməmişəm. Hissiyatın yüksək olduğu hormonal bir hadisədir. Sevgi yerinə özümü kəşf etmək istəyirəm. Bu da çox çətin bir işdir. Məncə, hər insan bunu etməlidir ki, sonda sonsuz xoşbəxtliyə çata bilsin" deyə, cavab verib.