Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü: 6 ölü, 11 yaralı

Sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü:  6 ölü, 11 yaralı

Tarix: 5 Yanvar 2020 20:30

İtaliyanın Lutaqo kurort zonasında sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində Almaniyadan olan 6 turist həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan biri müalicəsi üçün helikopterlə Avstriyanın İnsburk şəhərinə çatdırılıb, digərlərinə İtaliyada tibbi yardım göstərilib.

Məlumata əsasən, avtomobilin sürücüsü 28 yaşlı yerli sakin olub.


Etiketlər:  Sərxoş sürücü avtomobili turistlərin üzərinə sürdü ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ