Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:30
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni kapitanın adı dəqiqləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu, Macarıstanın "Vaşaş" klubundan yığmaya dəvət alan Ayşən Abduləzimovadır.
Əsas kapitan Odina Əliyeva Avropa Olimpiya Təsnifat Turnirinə aparılmadığından komandamızın baş məşqçisi Vasif Talıbov sarğını 27 yaşlı blokçuya həvalə edib. Abduləzimova Niderlandın Apeldorun şəhərinin "Omnisport" Sarayında keçiriləcək matçlarda yığmada söz sahibi olacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış yanvarın 7-12-də baş tutacaq. Azərbaycan millisi ev sahibləri ilə yanaşı, Polşa və Bolqarıstanla birgə A qrupunda yer alıb.