Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Chevron'' şirkəti işçilərini İraqdan çıxarıb

''Chevron'' şirkəti işçilərini İraqdan çıxarıb

Tarix: 7 Yanvar 2020 09:08

Bakı. Trend:

Neft və qaz şirkəti "Chevron" ABŞ vətəndaşı olan işçilərini İraqdan çıxarıb.

Trend-in məlumatına görə, bu barədə CNN teleşirkəti bildirib.

Məlumata əsasən, bu cür addım Yaxın Şərqdəki vəziyyətin pisləşməsi fonunda “ehtiyat tədbiri” olaraq atılıb:

"İşçilərimizin və obyektlərimizin təhlükəsizliyini təmin etmək Chevron şirkəti üçün əsas prioritetidir".

Bununla yanaşı, şirkət nümayəndəsinin açıqlamasında İraqdan təxliyə olunan amerikalı işçilərin dəqiq sayı göstərilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Chevron şirkəti işçilərini İraqdan çıxarıb


RƏYLƏR