Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 12:00
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri Azərbaycanda səfərdədir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, müşahidəçilərdən ibarət nümayəndə heyətinə DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Piter Tecler rəhbərlik edir.
Səfərin məqsədi DTİHB müşahidəçilərindən ibarət missiyanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindəki rolu və planlaşdırılan fəaliyyəti ilə bağlı məlumat verməkdir.