Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 12:09
"Microsoft" şirkəti 14 yanvar 2020-ci il tarixindən etibarən "Windows 7" əməliyyat sistemi üçün dəstəyi, texniki xidməti və yenilənməni dayandırmaq niyyətindədir. Bu barədə şirkətin rəsmi saytında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, məlumata görə, qeyd olunan tarixdən sonra ən populyar əməliyyat sistemlərindən biri üçün istənilən dəstək dayandırılacaq. Şirkət istifadəçilərə yeni "Windows 10" əməliyyat sisteminə keçməyi tövsiyə edir.
Qeyd olunur ki, "Microsoft" korporasiyası bu addımı "Windows 7"də təhlükəsizlik sisteminin zəif olması səbəbindən atmağa məcbur olub. On il əvvəl hazırlanan təhlükəsizlik sisteminin müasir təhlükələrin öhdəsindən gələ bilməməsi ilə əlaqədar istifadəçilər hakerlər üçün "asan hədəfə" çevrilib.
Öz növbəsində "Windows 10" mövcud kibertəhlükələr nəzərə alınmaqla hazırlanıb. Bu səbəbdən "Microsoft" arzuolunmaz problemlərlə üzləşməmək üçün əməliyyat sistemlərini yanvarın 14-dək yeniləməyi tövsiyə edir.
"Windows 7" sistemi 2009-cu ilin iyulunda təqdim olunub.
Nizam Nuriyev