Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 12:28
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola heç vaxt çalışdırmağı düşünmədiyi klubların adlarını açıqlayıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu klublar "Mançester Yunayted" və "Real"dır.
“Təkliflər olmasaydı, Maldiv adalarında olardım. Bəlkə orada da olmazdım, çünki Maldivdə qolf oynamaq üçün qolf meydançası yoxdur. Ancaq “Mançester Siti”nin baş məşqçisi olduqdan sonra “Mançester Yunayted”i də çalışdırmaram. "Barselona"da işlədiyim üçün də “Real”ın baş məşqçisi olmazdım" - deyə təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, 2013-cü ildə Ser Aleks Ferqyusonun “Mançester Yunayted”dən getdikdən sonra Qvardiolanın adı bu klubla hallansa da, o, yekunda “Bavariya” ilə razılığa gəlmişdi.