Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

Tarix: 8 Yanvar 2020 09:56

Bakı. Elnur Bağışov – Trend:

İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik “Fateh” raketləri olub.

Trend-in məlumatına görə, bu haqda İranın Fars informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, İraqın Eynül-Əsəd bazasına yaxın olduğuna görə, bu raketlər İranın qərbində yerləşən Kirmanşah vilayətindən (məsafə 430 kilometr) atılıb.

İstifadə olunan raketlər "Fateh-313" növündən olub və bu raketin radiusu 500 kilometrdir.

Sözügedən raketlərin çəkisi 3220 kq, uzunluğu 8,8 metr, qalınlığı isə 61 santimetrdir.

"Fateh" ballistik raketlərinin hədəfi dəqiq vurduğu bildirilir.


Etiketlər:  İran SEPAH ının istifadə etdiyi raketlər ballistik Fateh raketləri olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ