Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

XİN: İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Tarix: 8 Yanvar 2020 10:16

Bakı. Trend:

İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə bildirilib ki, ölkəmizin Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

Bildirilib ki, Azərbaycan səfirliyi tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ