Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:42
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsi özünümüdafiə tədbirləridir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif "Twitter" hesabında yazıb.
"İran vətəndaşlarına və vəzifəli şəxslərinə qarşı qorxaqcasına silahlı hücuma qarşı özünü müdafiə etmək üçün BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib özünümüdafiə tədbirləri qəbul edib və həyata keçirib", - İran XİN rəhbəri bildirib.
Nazir məhz İran vətəndaşlarına və vəzifəli şəxslərinə qarşı hücumun həyata keçirildiyi hərbi bazaya raket zərbələri endirildiyini qeyd edib.
"Biz gərginlik və ya müharibə istəmirik, ancaq hər hansı bir hücum olarsa, özümüzü müdafiə edəcəyik", - Zərif vurğulayıb.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet