Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 15:10
ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.
Sonxeber.net bildirir ki, Zeynəb Həsəni canlı efirdə ağlayaraq anasının ölümündən danışıb:
"İstəməzdim bu mövzu haqqında danışım. İlk ilim idi ki, tək keçirdim, özümü tək hiss etdim. Bayram olmadı. Mənə deyirlər ki, artıq sənin 30 yaşın var, bir az dözümlü olmalısan. Uşaq olsaydım, bəlkə o ağrını bilməzdim. Anam həmişə mənə deyərdi ki, ana olanda analıq nədir bilərsən. Amma mən ana olmadan anasızlığın nə demək olduğunu bildim".