Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran ordusu ABŞ hərbi bazasına hücumla bağlı bəyanat verdi

İran ordusu ABŞ hərbi bazasına hücumla bağlı bəyanat verdi

Tarix: 8 Yanvar 2020 15:56

SEPAH-ın İraqda ABŞ hərbi bazasına "Şəhid Süleymani" adlı əməliyyatından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat verib.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend İran Ordusunun informasiya portalına istinadən məlumat verib.

İran ordusu qeyd edir ki, bu hücum ABŞ-ın iranlı generalın ölümü ilə əlaqədar hərəkətinə cavab olaraq keçirilib.

Ordu bəyan edir ki, Tehran öz qətiyyətli mövqeyini, ABŞ hərbçilərinin regiondan çıxarılması ilə bağlı strategiyanı son addıma qədər icra edəcək.

Qeyd edək ki, ötən gecə İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın İraqdakı bazası olan Eynül-Əsəd bazasına raketlə hücum edib. İran tərəfi azı 35 raketin atıldığı və 15 hədəfin vurulduğunu bildirir.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  İran ordusu ABŞ hərbi bazasına hücumla bağlı bəyanat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ