Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 15:06
Tehranda qəzaya uğrayan təyyarənin sərnişini, Kanadadan Tehrana anasını və bacısını ziyarətə gələn Şeyda Şadko uçuşdan 20 dəqiqə əvvəl ərinə zəng vurub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, əri Həsən Şadko ilə danışaraq ona uğur diləməsini istəyib.
Şeyda Şadko Trampın əmri ilə İran generalının öldürülməsindən sonra müharibə ola biləcəyi üçün narahat olduğunu bildirib.
"Ona heç bir şey olmayacaq, narahat olma, dedim", - deyən Həsən Şadko arvadının "Yaxşı. Telefonumu söndürməliyəm, təyyarə uçuşa başlayır", - söylədiyini bildirib.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və 9 heyət üzvü həlak olub.