Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 16:16
Moskvanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sonxeber.net xəbər verir ki, 23 yaşlı hücumçu ondan forma istəyən azarkeşlərə səslənib:
"Mesaj qutusu və rəylərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm, azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəm".
Ramil ötən yay "Krılya Sovetov"dan "Dinamo"ya keçib.
Onun qış transfer dönəmində paytaxt klubundan ayrılacağı iddiaları var.