Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 16:52
Bakı. Trend:
Hindistanda davam edən seçkilər prosesində səhvən digər namizədə səs verən seçici barmağını kəsib.
Trend-in məlumatına görə, 25 yaşlı Pavan Kumar Şikarpur şəhərində tərəfdarı olduğu partiyaya deyil, baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim partiyaya səs verib.
Nəticədə, həmin şəxs “günahını yumaq” üçün öz barmağını kəsib.
Qeyd edək ki, Hinistanda aprelin 11-də parlament seçkiləri başlayıb. 900 milyonadək seçicinin iştirak etdiyi seçkilər 7 mərhələdə keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin