Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MDB: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq

MDB: Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası bu tarixdə açılacaq

Tarix: 10 Yanvar 2020 11:52

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB Müşahidə missiyasının açılması yanvarın 19-da və ya 20-də planlaşdırılır.

Bunu Trend-ə MDB-nin Müşahidə missiyasının fəaliyyətinin təmin olunması şöbəsindən bildiriblər.

Qeyd olunub ki, MDB-nin icraiyyə komitəsi Azərbaycan hökumətindən parlament seçkiləri üçün dəvət alıb:

“MDB Müşahidə missiyası barədə müddəalara uyğun olaraq biz MDB dövlətlərinə məktublar yollamışıq və missiya üçün namizədlərin təklif olunmasını xahiş etmişik. Missiyanın yanvarın 19-da və ya 20-də açılması planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Müşahidə missiyası tarixdə açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ