Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 22:54
Qaraciyər xəstəlikləri uzun müddət ərzində gizli şəkildə inkişaf edir. Spirtli içkilərdən sui-istifadə, artıq çəki, yüksək şəkər və arterial təzyiq, dərmanların çoxlu miqdarda qəbulu, öd kisəsinin xaric edilməsi kimi faktorlar qaraciyər xəstəliklərinin inkişafına təkan verir.
Xəstəliyin əvvəlində müəyyən müalicə və pəhrinin köməyi ilə qaraciyərin funksiyalarını tam bərpa etmək mümkündür. Bu səbəbdən qaraciyər xəstəliklərinin ilkin simptomlarını bilmək çox vacibdir. Sonxeber.net saglamolun.az-a istinadən qaraciyər xəstəliklərinin ən yayılmış simptomları ilə tanış edir:
Sağ qabırğaaltı nahiyəsində ağrı və diskomfort
Yağlı qidaların orqanizm tərəfindən çətinliklə həzm edilməsi
Keçməyən köp və meteorizm
Dəridə tünd ləkələr, dərinin vəziyyətinin pisləşməsi
Allergiyaya meylli olmayan insanda allergik simptomların əmələ gəlməsi (səpkilər və s.)
Gözlərin altında tünd ləkələr
Dərinin qaşınması
Dərinin quruması
Dilin üzərində sarı ərp, pis ağız qoxusu
Əhvalın tez-tez dəyişilməsi, əsəbilik
Səbəbsiz yorğunluq və zəiflik
Tərləmənin artması