Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 23:00
Məşhur rejissor Luk Besson cərimələnib.
Sonxeber.net xəbər verir ki, fransız rejissor iki il əvvəl köməkçisini işdən çıxardığı üçün 10 min avro ödəyəcək.
Köməkçisi məzuniyyətə getmək üçün bir neçə dəfə rejissora müraciət etsə də daim rədd cavabı alıb. Sonda Bessonun asisstenti xəstəlik məzuniyyəti almağa qərar verib. Rejissor köməkçinin sənədini saxta olduğunu düşünərək onu işdən qovub.
Məhkəmə Bessonu sağlamlığa görə ayrıseçkilik salmaqda günahlandırıb. Yeri gəlmişkən, işdən qovulduğu üçün köməkçiyə nəinki Besson, həm də şirkət iki qat təzminat ödəyəcək.
Qeyd edək ki, Besson "Tunel", "Leon", "Nikita", "Janna Dark", "Beşinci element", "Mələk A", "Taksi", "Mavi ənginlik" və s. kimi məşhur filmlərin rejissorudur. (ölkə.az)