Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 10:22
ABŞ və İran arasında İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə gizli danışıqlar aparılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "The Wall Street Journal" bu barədə yüksəkçinli ABŞ məmurlarına istinadən informasiya yayıb.
Məlumata görə, tərəflər arasında ilk əlaqə general Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələrinin əməliyyatı nəticəsində öldürülməsindən cəmi bir neçə saat sonra baş tutub.
Həmin vaxt ABŞ İran təmsilçilərindən gərginliyin artmasına imkan verməməyi istəyib. Səfirlik vasitəsilə İran tərəfi də öz mövqeyini ortaya qoyub.
İsverçə səfirliydən əlaqənin faks vasitəsilə qurulduğu və faksları qəbul edən cihazın, sadəcə, məhdud şəxslər tərəfindən əlçatan olduğu qeyd edilib. Faks qəbul edildikdən sonra tərəflərin diplomatlarına təqdim olunub.