Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransadakı etiraz aksiyalarına 150 minə yaxın iştirakçı qatılıb

Fransadakı etiraz aksiyalarına 150 minə yaxın iştirakçı qatılıb

Tarix: 12 Yanvar 2020 09:12

Fransada təqaüd islahatlarına qarşı keçirilən etiraz aksiyalarında, Parisdə 21 min etirazçı da daxil olmaqla, 149 min nəfər iştirak edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu rəqəmlər ən böyük Fransız Həmkarlar İttifaqı (CGT) tərəfindən verilən rəqəmlərə ziddir. İttifaqın hesabatına görə, ancaq Parisdəkı aksiyalarda 150 min nəfər iştirak edib.

Yanvarın 11-də Fransa paytaxtında və digər şəhərlərində bu ilin təqaüd islahatlarına qarşı ikinci böyük etiraz aksiyası baş tutub. Parisdə nümayiş iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.

Polis prefekturasından alınan son məlumatlara görə, paytaxt nümayişləri zamanı 19 nəfər saxlanılıb.


Etiketlər:  Fransadakı etiraz aksiyalarına minə yaxın iştirakçı qatılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ