Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 09:44
Tehranda yüzlərlə tələbə hakimiyyətin səhvən Ukrayna təyyarəsini vurduğunu etiraf etməsindən sonra hökumətə qarşı etiraz aksiyası keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.
Onlar İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Etirazçılar Tehran küçələrində İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Quds" qanadının ABŞ tərəfindən öldürülən komandanı Qasım Süleymaninin şəklini cırıblar.
Nümayişdə 700-1000 arası insan iştirak edib.