Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 10:56
İranın cənubunda yerləşən Buşehr vilayətinin Əhrəm şəhərinin 6 kilometrliyində 4 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
Zəlzələ yerli vaxtla saat 06:31-də 10 kilometr dərinlikdə qeydə alınıb.
Əhrəm şəhəri Atom Elektrik Stansiyasının yerləşdiyi Buşehr şəhərinin 50 kilometr cənub-qərbindədir.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.