Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 15:00
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç tarixi nəticəyə imza atıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu, futbolçunun İtaliya A seriyasının dünən keçirilən Cagliari-yə qarşı 19-cu turun matçında (2:0) vurduğu bir qol sayəsində mümkün olub. 38 yaşlı isveçli oyunçu son dörd on illiyin hər birində qol vuran futbolçu kimi tarixə düşüb.
O, ilk on ilikdə qolu 1999-cu ilin oktyabrın 30-da Malmö-də çıxış edərkən rəqib qapısından keçirib.