Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyərin sağlamlığı üçün vacib olanlar bunlardır

Qaraciyərin sağlamlığı üçün vacib olanlar bunlardır

Tarix: 12 Yanvar 2020 20:39

Qaraciyərin daima sağlam olması üçün bunlara əməl etməliyik.

Sonxeber.net xəbər verir ki, qaraciyərin daxilindən dəqiqədə 1 litr yarım qan dövr edir. Həkimlər qaraciyəri orqanizmin kimya fabrikinə bənzədirlər. Yemək, içki, siqaret, kimyəvi dərmanlar hamısı qaraciyər tərəfindən sovrulur. Eyni zamanda qanda olan şəkəri tənzimləyər və artıq miqdarda şəkər ehtiyatı toplayaraq, sadəcə lazım olan miqdarı qana ötürür. Həmçinin Protein də qaraciyərdə yaranır. Bədənimizin ən çox ehtiyacı olan dəmir və vitaminlər qaraciyərdə toplanılır və lazım gəldikdə orqanizmə ötürülür.

Həkimlər iddia edir ki, qaraciyərin sağlam olmasını istəyiriksə daima onun qayğısına qalmalıyıq. Davamlı olaraq spirtli içki qəbul etmək birmənalı olaraq qaraciyəri məhv edir. Beləliklə illər ötdükcə qaraciyər serroza və yaxud xərçəngə yoluxa bilər. Eyni zamanda ideal çəkini qorumaq vacibdir. Qaraciyərin qayğısına qalan insan doymuş yağlı qidalardan uzaq durmalı, meyvə və tərəvəzlə daha çox qidalanmalıdır.

Belə ki, həkimlər zeytun yağını qaraciyərin ''dostu'' hesab edərək bildirirlər ki, qidaları zeytun yağı ilə qəbul etmək daha faydalıdır. (ölkə.az)


Etiketlər:  Qaraciyərin sağlamlığı üçün vacib olanlar bunlardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ