Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 12:48
Bakı. İlhamə İsabalayeva – Trend:
Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, kanalda nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.
“Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin