Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 16:44
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında hakimlər üçün təlim-məşq toplanışı keçirilir.
Trend-in məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin üzvləri – Anar Salmanov və Ömər Paşayevin rəhbərliyi altında keçirilən, Rüstəm Rüstəmlinin məşqçi kimi fəaliyyət göstərdiyi toplanışda 20-yə yaxın hakim iştirak edir.
Nəzəri və praktiki məşğələlərin keçirildiyi hazırlıq prosesi yanvarın 15-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin