Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 21:58
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun tapılması ilə əlaqədar təşkilatın Fövqəladə hallar komitəsinin növbədənkənar iclasını nəzərdən keçirir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bu gün yaydığı bəyanatda deyilir.
Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus komitə üzvləri ilə məsləhətləşmələr aparacaq.
Qeyd edək ki, Çin hökuməti Uhan əyalətində naməlum xəstəliyin aşkarlandığını bildirib. Xəstəliyin koronavirusun yeni növü olduğu deyilir.