Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 08:24
Rusiyada ötən ilin yekunlarına əsasən kibercinayətlərin hesabatı hazırlanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hesabata görə, ölkədə IT sferasında baş verən hadisələrin sayı 70% artıb.
Hücumlar əsasən bank kartlarına, mobil telefonlara və internetə qarşı olub.
"Ötən il 201,7 mindən çox cinayət hadisəsi qeydə alınıb ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 70,3% çoxdur", - deyə məlumatda qeyd olunub.
Rusiya mənbələrinə görə, ölkədə törədilən hər yeddi cinayətdən biri IT ilə bağlı olub. İKT vasitəsilə 66,8 min oğurluq edən 14,2 min şəxs saxlanılıb.
Ümumilikdə isə ötən il kiberhücumlar nəticəsində Rusiyaya 10 milyard rubl ziyan dəyib.