Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalında Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Mərkəzi Gömrük Hospitalında Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Tarix: 14 Yanvar 2020 10:30

Bakı.Trend:

Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqov və onun komandası tərəfindən 42 yaşlı pasiyent üzərində Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı laparoskopik üsulla icra olunub. Pasiyent başqa tibb müəssisəsində ginekoloji əməliyat zamanı sağ böyrək kanalının zədələnməsi ilə Mərkəzi Gömrük Hospitalına müraciət etmişdir. Müayinə zamanı pasiyentdə sağ sidik kanalında 4-5 sm-lik defektin olması aşkar edilmişdir.

Müayinədən dərhal sonra Dr. Bəhruz Xalıqov və onun komandası tərəfindən xəstə üzərində qapalı üsulla böyrək kanalı əməliyyatı uğurla icra edildi. Hazırda pasiyent özünü normal hiss edir və əməliyyatdan sonrakı müayinələrin nəticələri normal dəyərləndirilib. Qeyd edək ki, böyrək kanalının laparoskopik üsulla əməliyyatı Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında icra olunub.

Qeyd edək ki, Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir.

Hazırda Dr. Bəhruz Xalıqov Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi fəliyyət göstərir. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https: https://customshospital.az/behruz-xaliqov/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalında Azərbaycanda dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ