Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan təyyarənin vurulması ilə bağlı iki ağlasığmaz versiya

Ukraynadan təyyarənin vurulması ilə bağlı iki ağlasığmaz versiya

Tarix: 14 Yanvar 2020 14:42

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynaya məxsus  təyyarənin İranda qəzaya uğramasının istintaqı zamanı baxılan gizli versiyaları açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, prioritet versiya raketlə vurulma olub, lakin mütəxəssislər hücumun səbəbləri ilə bağlı fərqli versiyalara sahib olublar:

"Məsələn, belə bir versiya var idi ki, kimlərsə ABŞ-ın Tehrandakı rezidenturasının əməkdaşlarının təyyarə ilə təxliyyəsinə mane olmaq istəyib. Digər bir variant nüvə, yaxud raket proqramı ilə əlaqələri olan alimlərin çıxışına mane olmaq idi".

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Milli.Az


Etiketlər:  Ukraynadan təyyarənin vurulması ilə bağlı iki ağlasığmaz versiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ