Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış azərbaycanlı musiqiçinin MAŞINI QARƏT EDİLDİ

Tanınmış azərbaycanlı musiqiçinin MAŞINI QARƏT EDİLDİ

Tarix: 14 Yanvar 2020 20:26

Tanınmış tar ifaçısı Humay Qədimova avtomobilindən oğurluq olması ilə bağlı

Milli.Az xəbər verir ki, tanınmış tar ifaçısı Humay Qədimova avtomobilindən oğurluq olması ilə bağlı Avtosfer.az-a müraciət edib. O, bildirib ki, yanvarın 12-i paytaxtın Teymur Elçin küçəsində idarə etdiyi avtomobili park edərək ərazidən uzaqlaşıb. Bir neçə saatdan sonra avtomobilinə yaxınlaşan zaman avtomobilindən əşyaların oğurlandığının şahidi olub. Oğurluqla bağlı 102 qaynar xəttinə şikayət etdikdən sonra onu Səbail rayon 9-cu Polis Bölməsinə dəvət ediblər. Bölmədə şikayət ərizəsini yazan musiqiçi polis əməkdaşlarından təhlükəsiz şəhər kamerasının görüntülərinin göstərilməsini tələb etsə də ona görüntünü göstərməkdən imtina ediblər. Polis əməkdaşları onunla ayın 13-ü əlaqə saxlayacaqlarını bildirsələr də, bu vaxta kimi heç kim onunla əlaqə saxlamayıb. 

Humay Qədimova Daxili İşlər Nazirliyinin rəhbərliyindən görüntülərin ona təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edir.

Milli.Az


Etiketlər:  Tanınmış azərbaycanlı musiqiçinin MAŞINI QARƏT EDİLDİ


RƏYLƏR