Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır"

Tarix: 15 Yanvar 2020 14:12

Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

N.Arpadarai bildirib ki, yarış ilk keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb: "Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır".

N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

Milli.Az


Etiketlər:  Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ