Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 19:06
Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə "Anadolu" agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.
Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.
Xatırladaq ki, "Anadolu" agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.