Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu, bizim istədiyimiz oyundur" - Jelko Sopiç

Tarix: 16 Yanvar 2020 00:26

"Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Antalya toplanışı çərçivəsində ötən gün Rumıniyanın “Akademika Klinçeni” klubu ilə yoxlama matçından sonra deyib.

Klubun saytına açıqlama verən xorvatiyalı mütəxəssis qolsuz başa çatan matçı belə şərh edib: "Rəqibə fərqlənmək üçün çox şans vermədik. Bu, bizim istədiyimiz oyundur. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq".
 


Etiketlər:  Bu bizim istədiyimiz oyundur Jelko Sopiç


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ